- Xəbər news
- 21:58 14.03.2026
Moskva Dinamo'sunun keçmiş futbolçusu Andrey Voronin Spartak'ın Azərbaycan əsilli sabiq yarımmüdafiəçi Aleksandr Səmədovla yolları ayırmasına münasibət bildirib.
Corner.az xəbər verir ki, o deyib: "Bu barədə mənim etik sözlər işlətməyim çətindir. Onların Səmədovla donuz kimi davrandıqlarını deyə bilərəm. Səmədov iki dünya və Avropa çempionatının iştirakçısıdır. O, "Spartak"la qızıl medal qazanıb. Lakin müqavilənin bitməsinə yarım il qalmış onu qapıdan qovurlar".
Qeyd edək ki, Səmədov hazırda Kırılya Sovetov'da çıxış edir