5 dekabr 2025. Cümə

AFFA Hakimlər Komitəsinin sədri beynəlxalq təyinat alıb


AFFA Hakimlər Komitəsinin sədri beynəlxalq təyinat alıb

AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik beynəlxalq turnirə təyinat alıb.

Corner.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, avstriyalı funksioner Xorvatiyada 19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin 3-cü qrupunun oyunlarının hakim-inspektoru olacaq. Martın 20-də start götürəcək 3-cü qrupun oyunlarında Almaniya, Xorvatiya, Norveç və Macarıstan yığmaları mübarizə aparacaq. Qarşılaşmalar martın 26-dək davam edəcək. 







Xəbər news