3 fevral 2026. Çərşənbə axşamı

Bavariya və daha iki klub Superliqada iştirak edə bilər


Bavariya və daha iki klub Superliqada iştirak edə bilər

Avropanın nəhəng klubları tərəfindən yaradılan Superliqada iştirak edə biləcək daha 3 komandanın adına aydınlıq gəlib.

Corner.az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikola Skira özünün tvitter səhifəsində yazıb.

O bildirib ki, Almaniyanın "Bavariya", "Leyptsiq" və Portuqaliyanın "Portu" klubu Superliqaya qoşula bilər.

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları turnirdə iştirakını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın sədri olub. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO