İspaniya Futbol Federasiyasının İntizam Komitəsi Real-ın futbolçusu Gareth Bale'ni cəzalandıra bilər.
Corner.az xəbər verir ki, La Liqa qurumdan uelsli oyunçunun ölkə çempionatında Atletico ilə matçda təhqiredici hərəkətinin araşdırılmasını xahiş edib.Bildilir ki, komitə Bale'nn jestinin Atletico azarkeşlərinə etdiyi qənaətinə gəlsə, o zaman oyunçuyu 4-12 oyunluq cəzaladırıla bilər. Əgər bu jestin rəqib komandanın azarkeşlərinə ünvanlanmadığı hesab edilsə, onun cəzası 1-3 oyun ola bilər.
Xatırladaq ki, qarşılaşmanın hakimi Martines Munuera protokolda Bale'nin bu hərəkətini qeyd etməyib.(goal.az)