27 oktyabr 2024. Bazar günü

Şevçenko italyanca kitab buraxır - FOTO


Şevçenko italyanca kitab buraxır - FOTO

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko tezliklə öz kitabını buraxacaq.

Corner.az-ın məlumatına görə, 44 yaşlı əfsanəvi hücumçunun avtobioqrafiyası italyan dilində nəşr olunacaq.

"Forza gentile. La mia vita, il mio calcio" ("Zərif güc. Mənim həyatım, mənim futbolum") adlanan kitabın üz qabığı artıq İtaliyanın "Baldini + Castoldi" nəşriyyatının rəsmi saytında yer alıb.

Qeyd edək ki, aprelin 29-da satışa çıxarılacağı gözlənilən kitabın təxmini qiyməti 18 avro olacaq.








Xəbər news