- Xəbər news
- 22:34 14.11.2024
Avropa Super Liqasını tərk edən ilk klub "Mançester Siti" olub.
Corner.az-ın məlumatına görə, bununla bağlı "şəhərlilər" bəyanat yayıb.
Klubun açıqlamasında deyilir: "Mançester Siti" klubu Avropa Super Liqasının həyata keçirilmə planlarını işləyən qrupdan çıxış proseduru yönündə işə başladığını rəsmən təsdiqləyə bilər".
***
Daha sonra "Arsenal" klubu da Avropa Super Liqası layihəsinə qatıldığı üçün azarkeşlərindən üzr istəyib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "topçular" Superliqaya qayıtmayacağını bəyan edib.
London klubu səhv etdiklərini bildirib: "Səhv etdik və bunun üçün üzr istəyirik. Güvəninizi bərpa etməkdən ötrü vaxtın lazım olduğunu bilirik. Fanatların cavabı bizə dərin düşünməyə vaxt verdi. Heç vaxt belə sıxıntıya səbəb olmaq niyyətimiz olmayıb. Superliqaya dəvət gələndə zəmanət olmadığını bildiyimiz halda, "Arsenal"ın gələcəyini qorumaq naminə geridə qalmaq istəmirdik".
***
"Liverpul" klubu da Avropa Super Liqasının tərkibindən çıxan növbəti Premyer Liqa klubu olub.
Corner.az xəbər verir ki, bu barədə "qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.
"Liverpul" Superliqadan çıxdığını bəyan edən ikinci komandadır. İlk belə klub "Mançester Siti" olub.
Qeyd edək ki, Avropa Super Liqasını aprelin 18-də İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”, İspaniyanın “Real Madrid", “Barselona”, “Atletiko” (Madrid), İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar.