- Xəbər news
- 22:34 14.11.2024
Avropa Super Liqasının layihəsi İngiltərənin 6 futbol komandasının yarışdan çıxmasından sonra təkrar nəzərdən keçiriləcək.
Corner.az xəbər verir ki, bu barədə təşkilata istinadən “Associated Press” agentliyi bildirib.
“Mövcud şərtləri nəzərə alaraq, layihəni dəyişdirmək üçün ən uyğun addımları yenidən nəzərdən keçirməliyik”, - deyə təşkilatın məlumatında bildirilib: “İngiltərə klublarının təzyiq altında etdikləri açıqlamalarına baxmayaraq, təklifimizin Avropa qanunvericiliyi və qaydalarına tam uyğun olmasına əminik”.
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Arsenal", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" komandaları Super Liqadan çıxdıqlarını elan ediblər. “Sky Sport” idman telekanalının məlumatına görə, tezliklə İtaliyanın "Milan" və "İnter" komandaları da Super Liqanı tərk edəcəklər.