27 oktyabr 2024. Bazar günü

Klublar səhvlərini etiraf etdilər - Çeferin


Klublar səhvlərini etiraf etdilər - Çeferin

"Səhvi etiraf etmək heyranedicidir və klublar böyük səhvə yol verdilər"

Corner.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin İngiltərə təmsilçilərinin Avropa Super Liqasından imtina etmələri barədə danışarkən deyib.

Sloveniyalı funksioner klubların avrokubok yarışlarına geri döndüyünü bildirib: "Bilirəm ki, onlar yalnız turnirlərimizə deyil, bütün Avropa futboluna çox şey verə bilər".

Qeyd edək ki, İngiltərənin "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" futbol klubları Avropa Super Liqasının tərkibindən çıxıb.







Xəbər news