6 may 2026. Çərşənbə

Amerika kubokunun oyunları azarkeşsiz keçiriləcək


Amerika kubokunun oyunları azarkeşsiz keçiriləcək

Bu il keçiriləcək Amerika kubokunun Kolumbiyadakı oyunları azarkeşsiz olacaq.

Corner.az xəbər verir ki, buna səbəb koronavirus pandemiyasıdır. Bu barədə Kolumbiyanın prezidenti İvan Duke açıqlama verib. O, Kolumbiyada keçiriləcək Amerika kuboku matçlarının azarkeşsiz oynanılacağını bildirib. Ölkə rəhbəri bununla bağlı Cənubi Amerika Futbol Konfederasiyasına (CONMEBOL) məktub göndərdiklərini qeyd edib.

Amerika kubokunda Argentina, Kolumbiya, Çili, Braziliya, Ekvador, Paraqvay, Boliviya, Venesuela, Uruqvay və Peru iştirak edəcək. Yarışa Kolumbiya və Argentina ev sahibliyi edəcək.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı