Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı Moldova çempionatında növbəti matçına çıxıb.
Corner.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” bu gün ölkə çempionatının 29-cu turu çərçivəsində doğma meydanda “Petrokub”la üz-üzə gəlib.
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 29 oyunda 40 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.