28 noyabr 2024. Cümə axşamı

Çeferin növbəti dəfə Super Liqada qalan klublara xəbərdarlıq etdi


Çeferin növbəti dəfə Super Liqada qalan klublara xəbərdarlıq etdi

UEFA prezidenti Aleksander Çeferin hələ də Avropa Super Liqasından imtina etməyən klublar barədə danışıb.

Corner.az-ın məlumatına görə, sloveniyalı funksioner "Associated Press"ə açıqlamasında növbəti dəfə həmin komandaları Çempionlar Liqasından kənarlaşdırmaqla hədələyib.

Çeferin bildirib ki, Superliqada qalan "Barselona" və "Real Madrid" klubları, həmçinin  "Yuventus" son qərarlarını verməlidirlər: "Desələr ki, biz turnirdən çıxmırıq, Çempionlar Liqasında oynamayacaqlar. Buna hazırdırlarsa, öz Superliqalarında mübarizə apara bilərlər".

Qeyd edək ki, Avropa Super Liqasını aprelin 18-də İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”, İspaniyanın “Real Madrid", “Barselona” və “Atletiko” (Madrid), İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 9 klub turniri tərk etdiyini açıqlayıb.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir