27 may 2026. Çərşənbə

İsveçli biznesmen Arsenal'ı almaq istəyir


İsveçli biznesmen Arsenal'ı almaq istəyir

“Spotify” şirkətinin sahibi Daniel Ek “Arsenal” klubunu satışa çıxarılacağı halda, almaq istədiyini bildirib.

Corner.az xəbər verir ki, bu barədə isveçli biznesmen özünün “Tvitter” hesabında məlumat yayıb. O, uşaqlıqdan “Arsenal” azarkeşi olduğunu və klubu almaq istədiyini bildirib:

“Uşaqlıqdan “Arsenal”ı dəstəkləyirəm. Sten Kronke klubu satmağı düşünsə, mən də kluba “elçi düşəcəm”.

İngiltərənin “Arsenal” klubunun Avropa Super Liqasına qoşulması azarkeşlərin ciddi narazılığına səbəb olmuşdu. Komandanın uğursuz çıxışından da narazı olan fanatlar, “topçular”ın sahibi Kronkedən klubu satmasını tələb edirlər.

“Arsenal” Premyer Liqada 9-cu sıradadır.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı