27 oktyabr 2024. Bazar günü

Şenol Günəş Bakıda keçiriləcək matçdan əvvəl Tarkan'a müraciət etdi


Şenol Günəş Bakıda keçiriləcək matçdan əvvəl Tarkan'a müraciət etdi

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş türkiyəli tanınmış müğənni Tarkana müraciət edib.

Corner.ax xəbər verir ki, təcrübəli mütəxəssisin “Fanatik”ə verdiyi açıqlamada, Tarkandan AÇ-2020-nin oyunları üçün DÇ-2002-də olduğu kimi, bir mahnı bəstələməsini xahiş edib:

“2002-ci ildəki dünya çempionatının oyunlarından əvvəl Kosta Rikaya matç izləməyə getmişdim. Bir diskotekada Tarkanın mahnısı səsləndirilirdi. Çox bəyənmişdim. DÇ-2002-də Tarkanın “Bir oluruz yolunda” mahnısı milli komandanın ruhuna yüksək təsir göstərmişdi. Hazırkı milli komandamız üçün də AÇ-2020-nin oyunlarından əvvəl yeni mahnı bəstələməsini gözləyirəm. Tarkan DÇ-2002-dəki mahnısı ilə bizə çox kömək etdi. İndi ondan yeni mahnı istəyirəm”.

Qeyd edək ki, AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Əlavə edək ki, AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.







Xəbər news