27 oktyabr 2024. Bazar günü

Venger Avropa Super Liqasından danışdı


Venger Avropa Super Liqasından danışdı

"Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Avropa Super Liqası layihəsi haqda danışıb.

Corner.az xəbər verir ki, “The Telegraph” nəşrinə danışan 71 yaşlı mütəxəssis, İngiltərə klublarının layihəyə qoşulmasını təəccüblə qarşıladığını bildirib:

“Super Liqa ölü doğuldu. Bəri başdan alınmayacağına inanırdım. Mənim üçün ən təəccüblüsü İngiltərə klublarının davranışı idi. Avropada hər kəs Premyer Liqanı dağıtmaq xəyalını qurur. İngiltərədə isə bunu özümüz edirik. Onların Super Liqaya qoşulmasını başa düşə bilmirəm”.

Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarının iştirakı nəzərdə tutulurdu.

Futbol ictimaiyyətinin narazılığından və UEFA-nın təzyiqlərindən sonra İspaniyanın “Real” və “Barselona” klubundan başqa, digər bütün iştirakçılar Avropa Super Liqası layihəsindən çıxdıqlarını açıqlayıblar.







Xəbər news