27 oktyabr 2024. Bazar günü

Luçesku Şaxtyor'un çempionluq seriyasına son qoydu


Luçesku Şaxtyor'un çempionluq seriyasına son qoydu

Futbol üzrə Ukrayna Premyer Liqasında çempion bəlli olub.

Corner.az xəbər verir ki, Kiyevin “Dinamo” komandası sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Mirça Luçeskunun rəhbərlik etdiyi kollektiv 23 turdan sonra 58 xalla liderdir və ən yaxın izləyicisi “Şaxtyor”u 13 xal qabaqlayır.

“Dinamo” Ukrayna Premyer Liqasında “Şaxtyor”un 4 illik çempionluq seriyasını bitirib. Kiyev komandasının baş məşqçisi Luçesku isə məşqçi karyerasında 35-ci titulunu qazanıb.

“Dinamo” Ukraynada 15-ci dəfə Premyer Liqanın qalibi olub.







Xəbər news