- Xəbər news
- 21:58 14.03.2026
"Fənərbaxça"nın futbolçusu Məsut Özil "Tottenhem"in İngiltərə kubokunun finalında "Mançester Siti"yə məğlub olması (0:1) ilə bağlı zarafat edib.
Corner.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə öz Tvitter hesabında paylaşıb. Özil "hələ də tozlu qalır" sözlərini yazaraq London təmsilçisinin boş kubok kabinetinə işarə göndərib.
Qeyd edək ki, "Tottenhem" bu mövsüm bütün turnirlərdə kubok qazanmaq şansını itirib.