8 dekabr 2025. Bazar ertəsi

Elano D Seriyasında


Elano D Seriyasında

Braziliya millisinin,"Mançester Siti", "Şaxtyor" (Donetsk) və "Qalatasaray"ın sabiq futbolçusu Elanonun yeni iş yeri müəyyənləşib.

Corner.az xəbər verir ki, 39 yaşlı mütəxəssis ölkəsinin D seriyası təmsilçisi "Ferroviaria"nun baş məşqçisi təyin olunub. Bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Elano bundan əvvəl ölkəsinin "Santos", "İnternasional Limeyra" və "Fiqeyrense" klublarını çalışdırıb.







Xəbər news