Gürcüstan çempionatında 11-ci turun oyunları keçirilir.
Corner.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin çıxış etdiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Dila Qori”nin qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 69-cu dəqiqədə meydana buraxılıb.
“Samtrediya” 11 oyuna topladığı 8 xalla hazırda 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.