- Xəbər news
- 22:34 14.11.2024
İngiltərənin "Kardiff Siti" klubunun futbolçusu, aviaqəza nəticəsində həlak olmuş Emiliano Salanın meyiti onun vətəninə - Argentinaya göndərilib.
Corner.az bildirir ki, bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, futbolçunun cəsədi onun doğulduğu Proqreso şəhərinə çatdırılıb. Qeyd edilir ki, Emiliano Sala ilə vida mərasimi bu gün, futbolçunun ilk oynadığı "Proqreso" idman zalında keçiriləcək.
Sala yanvarın 21-də təyyarə ilə Nant şəhərindən Karfiddə uçarkən onun olduğu hava gəmisi qəzaya uğrayıb. O, yerli kluba qayıtmalı imiş.
Daha əvvəl klub prezidenti təyyarə qəzasında ölən futbolçunun transfer məbləğini ödəyəcəklərini açıqlayıb.