8 dekabr 2025. Bazar ertəsi

Mourinyo tanınmış nəşrdə işə başladı


Mourinyo tanınmış nəşrdə işə başladı

 "Tottenhem"in sabiq baş məşqçisi Joze Mourinyo özünə yeni iş yeri tapıb.

Corner.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Britaniyanın "The Sun" nəşri ilə müqavilə bağlayıb.

Portuqaliyalı mütəxəssis AVRO-2020-nin oyunları zamanı tanınmış nəşrdə köşə yazarı kimi fəaliyyət göstərəcək. Daha əvvəl Mourinyonun "talkSPORT" radiosunda da ekspert qismində iştirak edəcəyi bəlli olub.

Qeyd edək ki, "Tottenhem" Joze Mourinyonu aprelin 19-da istefaya göndərib







Xəbər news