23 noyabr 2024. Şənbə

Manchester United-in futbolçusu xərçəng xəstəliyindən sağalıb


Manchester United-in futbolçusu xərçəng xəstəliyindən sağalıb
Manchester United-in gənclərdən ibarət komandasının müdafiəçisi, 19 yaşlı Maks Dann kimyaterapiya kursunu müvəffəqiyyətlə keçib və xərçəng xəstəliyindən sağalıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"İlk gündən mənə dəstək verən hər kəsə təşəkkür etmək istəyirəm. Klinikanın həkimləri və xərçəng xəstələrinə dəstək təşkilatı Mellissadan mənə çox gözəl qayğı göstərdilər. Ailəmin mənə necə kömək etdyini sözlərlə təsvir edə bilmirəm. Anam və atalığım, qardaşım və qızım Lidiya, bütün digərləri mənə əvəzsiz kömək göstərdilər", - deyə 19 yaşlı oyunçu bildirib.

Daha əvvəl İngiltərənin Manchester United-in komandanın sabiq baş məşqçisi Joze Mourinyoya ödədiyi təzminat məlum olub.

"Goal.az"






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir