- Xəbər news
- 22:34 14.11.2024
Bir müddət öncə "Qalatasaray"ın qapıçısı Musleranın fanatı olan yeniyetmə Ayxanın sosial şəbəkələrdə formasının arxasına qələmlə "F.Muslera 1" paylaşılan şəkli ürəkləri dağlamışdı.
Corner.az xəbər verir ki, fotonun yayılmasından sonra tovuzlu yeniyetmənin arzusu reallaşıb. Belə ki, "Ultraslan Azərbaycan"ın üzvləri Tovuza səfər edərək həmin yeniyetmə ilə görüşüb və ona Musleranın formasını, əlcək və "Ultraslan Azərbaycan"ın şərfi hədiyyə edilib.
Qeyd edək ki, fotonu ilk PFL rəsmisi Elgiz Abbasov şəxsi "feysbuk" səhifəsində paylaşmışdı.