2020-ci ilin yekunlarına əsasən Avropada oynayan ən yaxşı braziliyalı futbolçu məlum olub.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, azarkeşlər, keçmiş futbolçular və baş məşqçilər arasında keçirilən sorğuda PSJ-nin futbolçusu Neymar qalib olub. 29 yaşlı futbolçuya “Samba Gold” mükafatı verilib.
Neymar karyerası ərzində 4-cü dəfə bu mükafatı qazanıb. Hücumçu daha əvvəl 2014, 2015 və 2017-ci ildə Avropada oynayan ən yaxşı braziliyalı futbolçu seçilmişdi.
“Samba Gold”u ötən il “Liverpul”dan Alisson Bekker qazanmışdı.