27 oktyabr 2024. Bazar günü

Adı Şöhrət Zalına salınan məşhur futbolçu ağladı - FOTO


Adı Şöhrət Zalına salınan məşhur futbolçu ağladı - FOTO

Braziliya millisinin və "İnter"in sabiq futbolçusu Adrianonun adı "Marakana" stadionunun Şöhrət Zalına daxil ediləcək.

Corner.az-ın məlumatına görə, 39 yaşlı keçmiş hücumçu bu barədə şəxsi "İnstaqram" hesabında paylaşıb.

Adriano bunu eşidəndən sonra göz yaşlarını saxlaya bilməyib və ağlamağa başlayıb. O, "Marakana" stadionunda Şöhrət Zalında 123-cü idmançı və 104-cü futbolçu olacaq.

Sabiq braziliyalı oyunçu bunu hər zaman xəyal etdiyini bildirib. Adriano dünyasını dəyişən atasının bu anı görmədiyi üçün təəssüfləndiyini bildirib.

Qeyd edək ki, 2000-2001, 2009-2010 və 2012-ci ildə Flamenqoda çıxış edən Adriano bu komandanın heyətində 46 qola imza atıb. Keçmiş forvard bunlardan 27-sinə "Marakana" stadionunda imza atıb. Şöhrət Zalı 2000-ci ildə arenanın 50 illiyi şərəfinə təşkil edilib.(report)








Xəbər news