27 oktyabr 2024. Bazar günü

Qadın futbolçuların oyundan əvvəl sekslə məşğul olması normaldır - ÇSKA-nın futbolçusu


Qadın futbolçuların oyundan əvvəl sekslə məşğul olması normaldır - ÇSKA-nın futbolçusu

Rusiyanın ÇSKA klubunun qadınlardan ibarət komandasının qapıçısı Elvira Todua maraqlı açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya yığmasında da çıxış edən Elvira, qadın futbolçuların cinsi əlaqələrindən və hamiləlik dövrlərindən danışıb:

“Qadın futbolçuların oyundan əvvəl sekslə məşğul olması normaldır. Kişilər üçün isə bir çox məşqçilərin bunu qadağan etdiyini bilirəm.

Müqavilələrimizdə hamiləlik vəziyyəti ilə bağlı maddələr olur. ÇSKA ilə müqaviləmdə belə maddə var ki, analıq məzuniyyətinə çıxacağım halda, klub məvacibimi ödəməyə məcburdur. Bu, bizim komandada belədir, digərlərini bilmirəm. Bəzi klublarda hamiləlik vaxtı müqavilələrin ləğv edildiyini bilirəm”.

Elvira Rusiya yığması ilə 100 oyuna çıxıb. 35 yaşlı qapıçı 2016-cı ildən ÇSKA-da çıxış edir.(komanda)







Xəbər news