3 fevral 2026. Çərşənbə axşamı

Komanda yoldaşı Ronaldonu milyarderlə müqayisə etdi


Komanda yoldaşı Ronaldonu milyarderlə müqayisə etdi

“Yuventus”un futbolçusu Adrien Rabiot maraqlı açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı fransalı yarımmüdafiəçi, komanda yoldaşı Kriştiano Ronaldo ilə amerikalı milyarder İlon Maskı müqayisə edib:

“Ronaldonun uğurları göz qabağındadır. Hər gün çox çalışır. O, həyatının bütün sahələrində belədir. Ronaldonu İlon Maskla müqayisə etmək olar. Onlar hər ikisi heç vaxt dayanmadan çalışan insanlardır”.

İlon Mask “SpaceX” və “Tesla” şirkətlərinin sahibidir. Onun sərvəti 173,6 milyard dollardır.(komanda)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO