İcardinin Real'a keçməsini arvadı istəməyib
İnter'in hücumçusu Mauro İcardi ötən yay "Real"a keçə bilərmiş.Corner.az xəbər verir ki, "kral klubu" son anda argentinalı hücumçudan imtina edib. Madrid təmsilçisi futbolçunun həyat yoldaşı, eyni zamanda meneceri olan Vanda Naraya görə bu addımı atıb. V. Naranın danışıqlar zamanı tez-tez fikir dəyişdirməsi Real Madrid rəsmilərinin narazılığına səbəb olub. Məhz bundan sonra ispan klubu İcardi'ni almaq fikrindən daşınıb və danışıqlar dayandırılıb.Qeyd edək ki, İnter rəhbərliyi ilə münasibətləri korlanan İcardinin transferə çıxarıldığı söylənilir.(qol.az)