27 oktyabr 2024. Bazar günü

Honda niyə 2 saat taxır?


Honda niyə 2 saat taxır?

"Mən ilk növbədə insan, sonra futbolçuyam. Xüsusi şəxs deyiləm".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Keysuke Honda "Neftçi TV"də yayımlanan "Həmsöhbət" verilişində şəxsi keyfiyyətləri haqqında danışarkən söyləyib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, əvvəlcə yaxşı insan və ata kimi tanınmaq istədiyini bildirib: "Bundan sonra futbolçu kimi tanısınlar. Hazırda mən biznesmen deyil, yaxşı insan olmaq istəyirəm".

Yaponiyalı oyunçu hər qoluna bir saat taxmasının səbəbini də deyib: "Saatlardan biri Yaponiya, digəri isə olduğum ölkənin vaxtını göstərir. Bu, mənim üslubumdur. Dəbi sevirəm. Saatlar çox xoşuma gəlir".

Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.







Xəbər news