27 oktyabr 2024. Bazar günü

Nuriyevin komandası Şaxtyor'la oyuna çıxmaqdan imtina etdi


Nuriyevin komandası Şaxtyor'la oyuna çıxmaqdan imtina etdi

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin çıxış etdiyi "Minay" klubu Premyer Liqanın 25-ci turunun  "Şaxtyor" ilə səfər matçına çıxmaqdan imtina edib.

Corner.az "UA-Football" nəşrinə istinadən xəbər verir ki, buna səbəb qarşılaşmanın danışılmış olma ehtimalıdır.

Son bir neçə saatda qonaqların qələbə əmsalı 27-dən 44-ə yüksəlib. Həmçinin görüşdə 4 və daha çox qolun vurulacağına külli miqdarda pul qoyuluşu edilib. Bəzi bukmeyker kontorları artıq bu oyun üçün mərc qəbul etmirlər.

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürməli idi. Hazırda "Şaxtyor" 48 xalla 2-ci, "Minay" isə 18 xalla sonuncudur. Ujqorod təmsilçisi bu matçda xal itirəcəyi təqdirdə Premyer Liqa ilə vidalaşacaq.(report)







Xəbər news