27 oktyabr 2024. Bazar günü

Nurlan Novruzov Nepalda qol hesabını açdı - VİDEO


Nurlan Novruzov Nepalda qol hesabını açdı - VİDEO
Nurlan Novruzov “Lalitpur Siti” klubunda qol hesabını açıb.
 
Corner.az xəbər verir ki, 28 yaşlı hücumçu Super Liqanın 5-ci turunda “Butval”la görüşdə fərqlənib.
 
O, matçın 5-ci dəqiqəsində başla rəqib qapısına yol tapmağı bacarıb. Novruzovun oyunda vurduğu yeganə qol komandasına qələbə qazandırıb.
 
 “Lalitpur Siti” 6 xalla 4-cü pillədə qərarlaşıb.






Xəbər news