- Xəbər news
- 21:58 14.03.2026
Asiya Futbol Konfederasiyası (AFC) həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.
Corner.az-ın məlumatına görə, siyahıda "Neftçi"nin yarımmüdafiəçisi Keysuke Honda da yer alıb.
Bu ada həmçinin "Tottenhem"də çıxış edən Son Xın Min, "Çelsi"nin qadın futbolçusu Çi Soyun, "Cenoa"dan Eldor Şomurodov (Özbəkistan), "Lion"dan Saki Kumaqai, "Sietl Saunders"da oynayan Bred Smit, "Portu"dan Mehdi Taremi və "Zenit"dən Sərdar Azmun iddia edir.
Qalib azarkeşlərin səsverməsindən sonra müəyyənləşəcək. Namizədlər 29 aprel - 4 iyundakı çıxışlarına görə müəyyənləşib.
Qeyd edək ki, Keysuke Honda mayın 3-də "Neftçi"nin "Keşlə"ni 3:0 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının XXV tur oyununda ikinci qolun müəllifi olub.