24 mart 2026. Çərşənbə axşamı

Bəybalayev üçün 59 dəqiqə, 1 xal


Bəybalayev üçün 59 dəqiqə, 1 xal
Futbol üzrə Gürcüstan çempionatında 12-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Samqurali”nin qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 12 oyunda cəmi 8 xal toplayıb və 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.






Xəbər news