8 dekabr 2025. Bazar ertəsi

Dadaşovun komandası darmadağınla qalib gəldi


Dadaşovun komandası darmadağınla qalib gəldi
Futbol üzrə ABŞ birinci liqasında 2-ci turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Oakland Roots"u qəbul edib. Oyun “Finiks Rayzinq”in 3:0 hesablı qələbəsiylə yekunlaşıb.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparsa da, bu dəfə də fərqlənməyi bacarmayıb.
 
İki oyuna 6 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.






Xəbər news