23 noyabr 2024. Şənbə

ABŞ Futbol Federasiyası Yurgen Klinsmanna böyük məbləğdə təzminat ödəyib


ABŞ Futbol Federasiyası Yurgen Klinsmanna böyük məbləğdə təzminat ödəyib

ABŞ Futbol Federasiyası bu ölkənin milli komandasının sabiq baş məşqçisi Yurgen Klinsmann3,3 milyon dollar təzminat ödəyib.

Corner.az  xəbər verir ki, bu barədə qurumun vergi bəyannaməsində bildirilir.

2011-ci ildə ABŞ yığmasının baş məşqçisi təyin olunmuş Y.Klinsmannın müqaviləsi 2013-cü ildə daha 5 il uzadılıb. Lakin o, 2016-cı ilin noyabrında istefaya göndərilib.

Qeyd edək ki, Yurgen Klinsmannı əvəzləyən və 2017-ci ilin oktyabrında qovulan Brüs Arenanın illik maaşı 900 min dollar olub. Müvəqqəti baş məşqçi Deyv Saraçan isə bir il üçün 223 min dollar alıb. Ötən ildən komandaya rəhbərlik edən Qreqq Berhalterin əmək haqqısının məbləği isə açıqlanmayıb.


"Report"







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir