27 oktyabr 2024. Bazar günü

Ronaldo avtomobillərini Turindən Lissabona göndərdi - VİDEO


Ronaldo avtomobillərini Turindən Lissabona göndərdi - VİDEO

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo bütün avtomobillərini Turin şəhərindən çıxarıb.

Corner.az-ın "Per Sempre Calcio"ya istinadən məlumatına görə, daşımanı Lissabon şirkəti həyata keçirib. Şirkət əməkdaşları gecə vaxtı 36 yaşlı hücumçuya məxsus bütün 7 avtomobili aparıblar.

İspaniyanın "Cuatro 14" telekanalı Ronaldonun bu yay "Sportinq"ə transferinin mümkünlüyünü xəbər verib. "Tutto Sport" portalı isə portuqaliyalı forvardla PSJ-nin maraqlandığını yazıb.







Xəbər news