- Xəbər news
- 22:34 14.11.2024
Dünyanın ən bahalı futbol brendlərinin 2021-ci il üçün yeni siyahısı açıqlanıb.
Corner.az xəbər verir ki, bu barədə "Brand Finance" məlumat yayıb.
"Real Madrid" klubu 1,276 milyard avro ilə birinci olub. Ölkənin digər klubu "Barselona" (1,266 milyard avro) ikinci, "Mançester Yunayted"i (1,130 milyard avro) üçüncü yeri tutub.
İlk "10-luğ"a "Mançester Siti" (1,118 milyard avro), "Bavariya" (1,068 milyard avro), "Liverpul" (973 milyon avro), PSJ (887 milyon avro) və "Çelsi" (769 milyon avro), "Tottenhem" (723 milyon avro), "Arsenal" (675 milyon avro) klubları qərarlaşıb.