- Xəbər news
- 22:34 14.11.2024
Adı İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilən daha bir futbolçu müəyyənləşib.
Corner.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, "Mançester Yunayted"in əfsanəvi hücumçusu Erik Kantonanın adı Şöhrət Zalına salınıb.
Qeyd edək ki, Erik Kantona 1992-ci ildə "Lids Yunayted"lə İngiltərə çempionu olub. Keçmiş forvard 1992 - 1997-ci illərdə "Mançester Yunayted"in formasını geyinib. O, "qırmızı şeytanlar"ın heyətində 4 dəfə Premyer Liqada, iki dəfə ölkə kubokunda qızıl medal qazanıb.
Kantona Tyerri Anri və Alan Şirerdən sonra adı Şöhrət Zalına daxil edilən üçüncü futbolçu olub.(report)