27 oktyabr 2024. Bazar günü

River Pleyt Libertadores Kubokuna qapıçısız çıxa bilər


River Pleyt Libertadores Kubokuna qapıçısız çıxa bilər

Argentinanın "River Pleyt" klubu Libertadores Kubokunun qrup mərhələsində Kolumbiyanın "Santa Fe" klubu ilə görüşə qapıçısız çıxa bilər.

Corner.az-ın məlumatına görə, buna səbəb komandanın 4 qolkiperinin koronavirusa yoluxması olub.

Ümumilikdə 25 oyunçuda infeksiya aşkarlanıb. Klub Cənubi Amerika Futbol Konfederasiyasına (CONMEBOL) gənclər komandasından iki qapıçı əlavə etmək istəyi ilə müraciət etsədə, rədd cavabı alıb.

Çünki Argentina təmsilçisi turnir başlamazdan əvvəl 50 futbolçu sifariş etmək hüququna malik olub, lakin iştirak ərizəsinə 32 oyunçunun adını daxil edib.

"Santa Fe" ilə oyunda qapıda yarımmüdafiəçi Entso Peresin dayanacağı ehtimal edilir.

Qeyd edək ki, mayın 21-də keçiriləcək "River Pleyt" - "Santa Fe" görüşü Bakı vaxtı ilə 04:00-da başlayacaq.







Xəbər news