3 fevral 2026. Çərşənbə axşamı

Qarabağ'dan şəhid azarkeşinə böyük jest - FOTO


Qarabağ'dan şəhid azarkeşinə böyük jest - FOTO

"Qarabağ” klubu şəhid azarkeşi Məhəmmədəli İbrahimli ilə bağlı jest edib.

Corner.az xəbər verir ki, Ağdam təmsilçisi Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına şəhidin adını daxil edib. Beləliklə, şəhid Məhəmmədəli İbrahimli “Qarabağ”ın üzvü kimi Azərbaycan Premyer Liqasının medalına layiq görüləcək.

Məhəmmədəli İbrahimli ikinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün çempionunun müəyyənləşəcəyi “Neftçi” – “Qarabağ” oyunu bu gün, saat 20:30-da başlayacaq.









Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO