27 oktyabr 2024. Bazar günü

Gerye Neftçi'ni təbrik etdi


Gerye Neftçi'ni təbrik etdi

“Neftçi”nin sabiq futbolçusu Donald Gerye “ağ-qaralar”ı Azərbaycan Premyer Liqasında çempionluq münasibətilə təbrik edib.

Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu “İnstagram” hesabında paylaşımında “Neftçi”nin çempionluğa layiq olduğunu bildirib.

Qeyd edək ki, Gerye Azərbaycanda “Qarabağ” və “Neftçi”də çıxış edib. O, 2017-ci ilin yayından 2019-cu ilin avqustuna və 2020-ci ilin iyulundan 2021-ci ilin fevralında qədər “Qarabağ”da çıxış edib. Haitili oyunçu 2019-cu ilin avqustundan 2020-ci ilin yayına qədər “Neftçi”nin formasını geyinib.

Əlavə edək ki, Gerye hazırda Kiprin “Apollon” klubunda çıxış edir.







Xəbər news