27 oktyabr 2024. Bazar günü

Qapıda yarımmüdafiəçi var, ehtiyat oyunçuları yoxdu!


Qapıda yarımmüdafiəçi var, ehtiyat oyunçuları yoxdu!

Argentinanın “River Pleyt” klubu Libertadores kubokunun 5-ci turunda “Santa Fe”ni (Kolumbiya) 2:1 hesabıyla məğlub edib.

Corner.az xəbər verir ki, “River Pleyt”də 20 futbolçunun koronavirusa yoluxması səbəbindən bu matça 11 oyunçusu ilə əvəzetmə şansı olmadan çıxıb. Bununla yanaşı, komandanın bütün qapıçılarının koronavirusa yoluxmasına görə də “River Pleyt”in “çərçivəsi” 35 yaşlı yarımmüdafiəçi Entso Peresə həvalə olunub. Qapıda inamlı təsir bağışlayan argentinalı futbolçu beş “seyv”lə yadda qalıb.

“River Pleyt” D qrupunda 9 xalla liderdir. Kolumbiya təmsilçisi “Santa Fe” isə qrup sonuncusudur.







Xəbər news