3 fevral 2026. Çərşənbə axşamı

Bekhemin klubu yeni formasını okeanın dibində təqdim etdi - VİDEO


Bekhemin klubu yeni formasını okeanın dibində təqdim etdi - VİDEO

Devid Bekhemin sahib olduğu "İnter Mayami" klubu yeni formasını okeanın dibində təqdim edib.

Corner.az klubun rəsmi saytına istinadən məlumatına görə, yeni formalar ətraf mühitin, o cümlədən, okeanların çirkləndirilməsi probleminə həsr edilib. Formanın 50 faizi yenidən işlənilmiş plastik maddələrdən ibarətdir. Dəstlər çiyinlərində narıncı zolaqları olan parlaq mavi rəngdədir.

Qeyd edək ki, "İnter Mayami" yeni forma ilə ilk dəfə mayın 30-da "Di-Si Yunayted"ə qarşı oynayacaq. Geyim dəstini model Koral Tomaşik təqdim edib. Tomaşik bundan ötrü okeanın 30 metr dərinliyinə baş vurub.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO