27 oktyabr 2024. Bazar günü

Qurbanlı üçün 67 dəqiqə, 3 xal


Qurbanlı üçün 67 dəqiqə, 3 xal

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Corner.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının 35-ci turu çərçivəsində doğma meydanda “Milsami”ni qəbul edib.

Futbolçumuzun komandası bu oyunda qələbə qazanıb – 2:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 35 oyunda 45 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.







Xəbər news