24 mart 2026. Çərşənbə axşamı

Dadaşov dubl etdi, komandası darmadağınla qalib gəldi


Dadaşov dubl etdi, komandası darmadağınla qalib gəldi

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Corner.az xəbər verir ki, Dadaşovun komandası doğma meydanda “Las Veqas Layts”ı qəbul edib. Görüş “Feniks Rizinq”in 5:1 hesablı qələbəsiylə başa çatıb.

Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, oyunda iki qolun müəllifi olub. Hücumçu 2-ci və 55-ci dəqiqədə fərqlənib.

“Feniks Rizinq” 4 turdan sonra 9 xalla liderdir.







Xəbər news