- Xəbər news
- 21:58 14.03.2026
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın futbolçusu Lionel Messi ilə bağlı maraqlı açıqlama verib
Corner.az xəbər verir ki, İtaliyanın “Calciomercato” nəşrinə danışan ispan mütəxəssis, argentinalı futbolçu haqda bunları deyib:
“Messi inanılmaz dərəcədə güclüdür. O, hazırda ən yaxşı futbolçudur. Leo, məşqlərdə belə, uduzmaq istəmir. Məşqdəki oyunlarda da qələbə qazanır, uduzanda isə məşqi tərk edir. Bu, onun xarakterinə və mentalitetinə də aiddir. Onun bacardıqlarından hələ çox danışmıram. Messi hər yerdə oynaya bilər”.