10 dekabr 2025. Çərşənbə

Qvardiola Aqueronun yeni klubunu açıqladı


Qvardiola Aqueronun yeni klubunu açıqladı

"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubu tərk edən Serxio Aqueronun yeni ünvanını açıqlayıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 32 yaşlı hücumçunun “Barselona”da çıxış edəcəyini deyib:

“Aquero tarixin ən yaxşı futbolçusu Lionel Messi ilə birlikdə oynayacaq. O, “Barselona”nı daha güclü edəcək”.

Aqueronun “Barselona” ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.







Xəbər news