10 dekabr 2025. Çərşənbə

Alveş Mançester Siti'yə keçmədiyi üçün peşmandı


Alveş Mançester Siti'yə keçmədiyi üçün peşmandı

"San Paulu"nun müdafiəçisi Dani Alveş "Mançester Siti"yə transfer ola bilmədiyinə görə peşman olduğunu etiraf edib.

Corner.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu "Spor TV"yə açıqlamasında deyib:

“2017-ci ildə "Mançester Siti"yə transfer olmadığıma və  Qvardiola ilə işləyə bilmədiyimə görə peşmanam. Hər vəziyyətdə  çıxış yolu tapan insanlarla işləmək yaxşıdır. Qvardiolanın komandasına qoşulmadığım üçün çox peşmanam. Lakin PSJ-yə keçid üçün də təəssüflənmirəm. Paris klubunda yaşadığım hekayə inanılmaz idi".

Qeyd edək ki, Alveş "San Paulu"ya 2019-cu ilin yayında azad agent kimi qoşulub.







Xəbər news