5 dekabr 2025. Cümə

Malouda'ya İsveçrə klubunda iş verildi


Malouda'ya İsveçrə klubunda iş verildi

Fransa millisinin və Chelsea'nin sabiq futbolçusu Florent Malouda'nın yeni iş yeri müəyyənləşib.

Corner.az xəbər verir ki, 38 yaşlı sabiq futbolçu İsveçrənin Zürih klubunda məşqçi kimi fəaliyyət göstərəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Malouda Zürih'in əsas komandasında və akademiyasında hücumçü məşqçisi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Malouda karyerası ərzində Guingamp, Lyon, Chelsea,Metz, Trabzonspor və son olaraq Lüksemburqun Differdange klubunun şərəfini qoruyub.







Xəbər news