- Xəbər news
- 22:34 14.11.2024
"Levski"dən təklif gələndə "Qarabağ"la müqaviləm davam edirdi".
Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın sabiq futbolçusu Simeon Slavçev Bolqarıstanın "7/8" telekanalına açıqlamasında karyerası barədə danışarkən deyib.
Bolqarıstanlı yarımmüdafiəçi bildirib ki, ölkəsinin "Levski" klubuna keçmək üçün böyük pullardan imtina edib: "Burada öz arzumu gerçəkləşdirmək istəyirdim. Zədə ilə bağlı problem yarananda rəhbərliyə dedim ki, istənilən məbləğə burada qalmağa hazıram. Amma komandama kömək edə bilməmək mənim üçün ağırdır".
Qeyd edək ki, Simoen Slavçev 2018/2019 mövsümündə "Qarabağ"ın uğurları üçün çalışıb.