- Xəbər news
- 22:34 14.11.2024
ABŞ-ın “İnter Mayami” klubu cəzalandırılıb.
Corner.az xəbər verir ki, MLS rəhbərliyi Mayami təmsilçisini transfer qaydalarında müəyyən edilən xərc limitini aşdığı üçün 2 milyon dollar məbləğində cərimələyib. Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb. Bu cərimə MLS tarixinin rekord cəzası olub.
“İnter Mayami” Blez Matuidini transfer edərkən turnir rəhbərliyi tərəfindən əvvəlcədən müəyyən edilmiş xərc limitini aşıb.
“İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemdir.